HEPACREBS

preparat photo

HEPACREBS infuziya üçün məhlul

 

Beynəlxalq patentləşdirilməmiş adı: L-ornitin, L-aspartat

Tərkibi: Təsiredici maddələr:10 ml preparatın tərkibinə 5 q L-ornitin,  L-aspartat daxildir.

Köməkçi maddələr: kalium metabisulfit, inyeksiya üçün su

Farmakoterapevtik qrupu:Hepatoprotektor, detoksikator.

ATC kodu: A05BA06

Farmakoloji xüsusiyyətləri:Preparat detoksikant və hepatoprotektor xüsusiyytlərə malikdir. L ornitin və L aspartat orqanizmdə ammonyakın sidik cövhərinə və qlutaminə çevrilməsini təmin edir. Ornitin karbamoilfosfatsintetaza və ornitinkarbamoiltransferaza fermentinin katalizatoru olub, sidik cövhərinin sintezinin əsasını təşkil edir. Hepakrebs ornitin tsiklini aktivləşdirir, ammonyakın səviyyəsini azaldır. Preparat həmçinin zülal mübadiləsini optimallaşdırır, STH və insulin sekresiyasını stimullaşdırır.

İstifadəsinə göstərişlər:

Qaraciyər sirrozu

Hepatit

Qaraciyərin digər xəstəlikləri

Alkoqolizm

Qaraciyər ensefalopatiyası.

Əks göstərişlər:Preparata qarşı fərdi yüksək həssaslıq, böyrək çatışmazlığının terminal mərhələsi.

Əlavə təsirləri:Bəzən allergik reaksiyalar və dispeptik əlamətlər.

İstifadə qaydası və dozası:Preparat 500 ml infuziya üçün məhlula (fizioloji məhlul, Ringer məhlulu və ya 5%-li qlükoza  məhlulu) qarışdırılaraq vena daxilinə damcı üsulu ilə təyin edilir. Orta terapevtik doza 4 ampul (20 q) təşkil edir, ağır hallarda (koma, prekoma) dozanı 8 ampula (40 q) qədər qaldırmaq olar.

İnfuziyanın sürəti saatda 5 q-dan artıq olmamalıdır.

Doza həddinin aşılması:Doza həddinin aşılması zamanı dispeptik əlamətlər baş verə bilər, bu zaman simptomatik mualicə və preparatın orqanizmdən xaric edilməsinin sürətləndirilməsi istiqamətində tədbirlər aparılır.

Hamiləlik dövründə  istifadəsi: Hamiləlik zamanı preparatın heç bir teratogen təsiri aşkar olunmayıb, lakin bu zaman preparat ciddi həkim nəzarəti altında qəbul olunmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:Preparat  K vitamini, bəzi antibiotiklər, diazepam, tiopental və vinkamin ilə birlikdə təyin edilməməlidir.

Buraxılış forması:10 ml-lik ampulda. 10 ampul içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti:250 C – dən aşağı, otaq temperaturunda, qaranlıqda, uşaqların əli çatmayan yerdə və qutusunda saxlanılmalıdır.

Yararlılıq müddəti: Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti: Həkim resepti əsasında buraxılır.

İstehsalçı:Korea Pharm Co LTD, Koreya Respublikası


Bizimlə əlaqə saxlayın

Nümayəndəlik

  • Qutqaşınlı küçəsi, 507-511 Altes Plaza binası, bina B, 20-ci mərtəbə
  • (+994 12) 448 00 55
  • pharm@altesgroup.com

Abunə olun

faydalı məqalələr və
hadisələrin elanlarını göndərmək

Son xəbərlər